Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 21-də axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.