Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb.Müsabiqədə 20 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 46 idarə, təşkilat və müəssisə təltif olunub.

Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən bildirilib ki, təltifetmə mərasimində Gəncə Dövlət Universitetinin “Biologiya və Kimya” fakültəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” fəxri fərmanı ilə mükafatlandırılıb.