Gəncə Şahmat Məktəbinin yetirməsi, beynəlxalq qrossmeyster Vüqar Rəsulov 9-18 iyun 2017-ci il tarixlərdə Türkiyədə keçirilən Çeşmə Beynəlxalq şahmat turnirində (A qrup) 9 oyundan 7 xal toplayaraq gümüş medal qazanıb. Vüqar Rəsulov 10 ölkədən 126 şahmatçının (14-ü beynəlxalq qrossmeyster) iştirak etdiyi ənənəvi  şahmat turnirində beynəlxalq əmsalını 9 vahid artıraraq, təşkilatçılar tərəfindən kubok və pul mükafatına layiq görülüb.