Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 22-də saat 11:00-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə qəbul şəhərdəki Heydər Əliyev Mərkəzində (Nizami Gəncəvi prospekti,535) olacaq.
Qəbulda Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonları, eləcə də Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt) – 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.