Heydər Əliyev park-kompleksinin girişində inşa edilən “Zəfər Tağı”nın oturma sahəsi 1100 kv.m, hündürlüyü 40, uzunluğu 50, eni isə 22 metrdir.

Zəfər Tağının mərkəzi keçid hissəsinin hündürlüyü 28 m, eni isə 18 metrə bərabərdir. Sütunların hündürlüyü 18, diametri isə 1,2 metrdir.

Yeddi mərtəbəli “Zəfər Tağı”nda iki ədəd lift quraşdırılıb. Pilləkən qəfəsələrinin sayı 2 ədəddir. Zəfər muzeyi 630 kv.m, Zəfər kafesi 420 kv.m və baxış terrası 420 kv.m ərazini əhatə edir.

Qeyd edək ki, “Zəfər Tağı”nda restoran, muzey və üst mərtəbədə seyrəngah fəaliyyət görtərir.

Kənarlarda əkilən həmişəyaşıl ağaclar isə bu gözəlliyi tamamlayır.