Gəncədə uşaqlar  üçün “English Conversation Club” fəaliyyət göstərir.  Bu həftə də klubda  balacalar bir araya gələrək seçilən mövzu haqqında müzakirə aparıb, intellektual oyunlar oynayaraq hədiyyələr qazanıb, musiqi və rəqs bacarıqlarını nümayiş etdirib, yeni sözlər öyrəniblər. Klubdan xoş təsüratlarla ayrılan balaca fidanlar ingilis dilini mükəmməl öyrəcəklərinə söz veriblər.

Bildirək ki, Klubun yaradılmasında məqsəd uşaqların nitqini xarici dildə inkişaf etdirmək, məktəbdə keçiriləcək dərsləri daha yaxşı mənimsəmələrinə şərait yaratmaqdır.