“Odlar Yurdu” Gənclər İctimai Birliyi  ”FƏRDİ İNKİŞAF AKADEMİYASI-2″ üçün qeydiyyata başlayıb. Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı və “Edumap” təhsil portalının informasiya dəstəyi ilə keçirilən layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edir.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədi ilə onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır.

Layihənin faydalananlar çevrəsini genişləndirmək məqsədi ilə bu il “Fərdi İnkişaf Akademiyası – 2” (FİA 2) layihəsinin birinci mərhələsində Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövləq Pedaqoji Universiteti və Azərbaycan Universitetində geniş auditoriyalarda “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” mövzusunda seminarlar keçirilib. Ümumilikdə 350-dən çox gənc peşəkar təlimçilər tərəfindən keçirilən seminarlardan yararlanıb. Növbəti mərhələdə isə Masallı rayonunda gənclərin iştirakı ilə “FİA-2″ adlı düşərgə keçiriləcək.

Məlumat üçün bildirək ki, “Fərdi İnkişaf Akademiyası-1″ layihəsi 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində həyata keçirilib. Layihədən ümumilikdə 100 nəfər gənc düşərgədə iştirak edərək yararlanıb.

Ətraflı məlumat əldə etmək və qeydiyyat üçün : https://goo.gl/forms/zszBqPAhY6aFZaxl1