Dünyada ilk dəfə olaraq Hollandiyada üzən tarla salınacaq. “Belodon” adlı şirkət tərəfindən hazırlanan və “AgroFood” adlı təşkilatla birlikdə həyata keçiriləcək layihə çərçivəsində iki fərqli üzən tarla hazırlanacaq.

Getdikcə artan əhali və böyük şəhərlərdə əkinçilik sahələrinin azalması Hollandiyanı su üzərində üzən tarlalar salmağa məcbur edib. Layihəyə çox yaxın müddətdə ölkənin ikinci böyük şəhəri olan Rotterdamda start veriləcək. Su üzərində üzən tarlada ferma və istixanalar salınacaq.Fermada 40 inək saxlanılacaq. Layihənin rəhbəri Van Vingerden bildirib ki, inəklərdən əldə olunan süd üzən tarlada emal edilərək hazır məhsul halında satışa çıxarılacaq.