Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinin bərpası başa çatıb. İyunun 14-də Prezident  cənab İlham Əliyevin iştirakı ilə yeni qəsəbənin açılışı olub.

Ermənistan işğalçıları tərəfindən dağıdılan kənd Prezident cənab İlham Əliyevin  tapşırığı ilə cəmi 5 ay ərzində bərpa edilən Cocuq Mərcanlı ikinci həyatını yaşayır. Sakinlər üçün yeni evlər tikilib, yol salınıb, müasir məktəb binası və Şuşa məscidinə bənzər məscid inşa olunub. Bir sözlə, Cocuq Mərcanlıda normal yaşayış üçün hər bir şərait var. Kənd öz sakinlərini qəbul etməyə hazırdır.
Cocuq Mərcanlıdan hazırladığı fotoreportajı təqdim edirik: