Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili  Pərvin Kərimzadənin  “Dövlət Qulluğuna Hazırlıq Kursları”  layihəsində iştirak edən fəal tələbələrlə görüşü keçirilib. Tədbirdə layihənin  kordinatoru Şövkət Nağıyeva  tələbələr üçün ödənişsiz olaraq həyata keçirilən kurs haqqında məlumat verib, layihənin keçirilməsində göstərilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Prorektor  Pərvin Kərimzadə iştirakçılara uğurlar azru edərək,  bu kursların onların gələcəkdə iştirak edəcəkləri dövlət qulluğuna qəbul imtahanlarında çox faydalı olacağına və yaxşı nəticələr əldə olunacağına ümid etdiyini söyləyib.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.