Yarandığı gündən ölkənin ictimai-sosial həyatında mühüm xidmətlər göstərən, Azərbaycan Dövlət Gənclər siyasətini birmənalı şəkildə dəstəkləyən və təbliğ edən “Odlar Yurdu”  Gib 5-ci yaşını böyük qürur və fərəh hissi ilə qeyd edir. Birlik 5 illik qısa bir zaman ərzində səmərəli fəaliyyəti ilə sayılıb – seçilən təşkilatlar sırasında ilklərə imza ataraq mühim yer tutmağı bacarıb.

Məlumat üçün bildirək ki,  “Odlar Yurdu”  Gib 15.06.2012-ci il tarixində təsis edilib, 13.07.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Təşkilat 5 il ərzində müxtəlif tədbirlər (seminar, təlim, aksiya, bilik yarışları və s.) keçirib. Həmçinin 10 ölkədə 16 beynəlxalq layihənin tərəfdaşı olaraq 45 gəncin iştirakını beynəlxalq layihələrdə təmin edən birlik, 2 böyük beynəlxalq layihəni ölkəmizdə 2016-ci ilin gənclər paytaxtı Gəncə şəhərində həyata keçirib. Ümumilikdə 7000dən artıq gənci, xüsusi ilə region gənclərini əhatə edən fəaliyyətin nəticəsi olaraq birlik “ilin QHT-si” , “The First” Milli Mükafatı və Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunub.