YAP Gəncə  şəhər Təşkilatında  15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatı idarə heyətinin üzvləri, ziyalılar, YAP fəalları və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Öncə Azərbaycan Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə  şəhər Təşkilatı təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov bildrib ki, Azərbaycanın müasir tarixi ümummilli lider  Heydər Əliyevin hakimiyyətə qayıdışından başlayıb. Dahi şəxsiyyətin qayıdışının nəticəsi dinamik inkişaf edən, güclənən  bu günkü qüdrətli Azərbaycandır.  O, 24  il öncə ölkədəki siyasi-iqtisadi vəziyyəti xatırladaraq, həmin dövrün ağır, mürəkkəb sosial-iqtisadi reallıqları ilə müqayisə edərək ulu öndərin siyasi kursunun varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müdrik daxili və xarici siyasət fəaliyyəti sayəsində Azərbaycanımız dünya birliyində özünə layiq öncül sıralarda yer almasını xüsusi vurğulayıb.

YAP Gəncə şəhər Təşkilatının ideoloji şöbəsinin müdiri Hüseyn Budaqov  əlamətdar gün  münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü il 15 İyun hadisələri haqqında ətraflı məlumat verib.  Qeyd edib ki,  Vətənini , xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar, bütövlükdə xalqımız üçün 15 İyun əsl tarixi dönüş- Qurtuluş günüdür.

Gəncə Dövlət Universiteti Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov ulu öndər Heydər Əliyevin nadir tarixi şəxsiyyət olmağından, Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyası barədə  danışıb.

Sonda Heydər Əliyevin şəxsiyyət fenomenliyini əks etdirən videoçarx nümayiş olunub.