İyunun 14-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzusunda konfrans keçirilir.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə dair qısa film nümayiş olunub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli Liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilib.

YAP-ın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov konfransda çıxış edərək 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Baş nazirin müavini Azərbaycanın müasir tarixində iki önəmli hadisənin -müstəqilliyin bərpasının və Milli Qurtuluş Gününün önəmini diqqətə çatdırıb. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, republikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaradıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli Qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 13 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə böyüməsi, əhalinin rifah halının yaxşılaşması bu inkişafın əsas göstəriciləridir.

Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını qeyd edən Əli Əhmədov deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatı daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir. Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şxaələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Baş nazirin müavini bu islahatlar nəticəsində Azərbaycanın daha sürətlə inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayan Əli Əhmədov partiyanın sıralarında birləşən 700 min insanın ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verdiyini bildirib.

yap milli qurtulus gunune hesr olunmus tedbir kecirib

yap milli qurtulus gunune hesr olunmus tedbir kecirib

yap milli qurtulus gunune hesr olunmus tedbir kecirib