Azərbaycan Respublikası Milli Məclis Aparatinin Deputat köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov və həmin sektorun baş məsləhətcisi Elnarə Cələbiyeva tərəfindən Gəncə şəhərində və ətraf rayonlarda aparılmış monitorinqin nəticələrinə əsasən bu qənaətə gəlinib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deputat köməkçiləri arasında fəaliyyətinə görə fərqlənən Milli Məclisinin deputatı Naqif Həmzəyevin köməkçisi Tural Verdiyevə rəsmi təşəkkür elan edib.

Tural Verdiyev parlament deputatının ofis işinin təşkil və təmin olunmasında fəaliyyətinə və peşəkarlığına, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirdiyinə görə təşəkkürə layiq görülüb.

Bildirək ki, Tural Verdiyev deputat Naqif Həmzəyevin hər həftə YAP Gəncə şəhər Təşkilatında keçirdiyi seçici qəbulunda vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qaldırılan problemlərin vaxtında həll edilməsi, araşdırılması və ya aidiyyəti üzrə digər dövlət orqanlarına yönləndirilməsi istiqamətində  göstərdiyi fəaliyyətdə fərqlənir.