Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə keçirilən açıq hərraclar davam etdirilir.
Komitədən bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyunun 13-də keçirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.Hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Gəncədə olan Təsərrüfathesablı Təmir-Tikinti sahəsini nümunə kimi göstərmək olar. Təsərrüfathesablı Təmir-Tikinti sahəsinin torpaq sahəsi 281 kvadratmetr, ümumi faydalı sahəsi 81 kvadratmetrə yaxındır.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkdən istifadə etməklə tanış olmaq mümkündür.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyunun 20-də keçiriləcək.