Azərbaycanın l vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib.

Bunu Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.

O qeyd edib ki, M. Əliyeva eyni zamanda Azərbaycan memarlıq irsinin qorunub-saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.