İdarənin mətbuat xidmətindən məlumat verilib ki,16 körpəni bayram münasibəti ilə təbrik etmək üçün səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov, tibb ocaqlarının baş həkimləri, şəhərin baş pediatrı və digər qonaqlar tədbirə qatılıblar.

Tədbirdə çixiş edən Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov körpələrə göstərilən diqqət və qayğıdan danışıb:

“Biz hər il mütəmadı olaraq bu fidan balaları ziyarət edirik. Onların qayğısına qalır, həm sağlamlıqları ilə məşğul olur, həm də qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa çalışırıq. Bildiyiniz kimi dövlətimiz, başda Prezidentimiz İlham Əliyev olmaqla, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, I vitse prezident Mehriban xanım Əliyeva daim körpələrə diqqət və qayğı göstərir, onların sağlam və firəvan böyümələri üçün bütün lazımı tədbirlərin görülməsində vacib qərarlar verirlər. Bu gün körpələr evində yaradılan yüksək şərait bunun bariz nümunəsidir. Biz də öz növbəmizdə bu balaca fidanlarlara bacardığımız köməkliyi və yardımı etməklə bir az da olsa onlara valideyn qayğısını və istiliyini verməyə çalışdıq”.

Sonra fidan balalar şerlər söylədi, mahnılar ifa etdilər, onlara hədiyyələr paylandı. Tədbir müsiqi sədaları altında rəqslərlə sona yetdi.