Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksinin 10 hektar ərazisində açıq havada şəhərdə yerləşən kiçik amfiteatrda məktəbəqədər təhsil müəssisələrinin körpələri müxtəlif kompozisiyalarla gələnlərin xoş istirahətinə səbəb olublar.

Tədbirdə öncə Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Flora Zeynalova uşaqları təbrik edərək vurğulayıb ki, Gəncə şəhərində 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” hər il təmtəraqla qeyd olunur. Uşaqlar Respublikamızda, o cümlədən Gəncə şəhərində onlar üçün yaradılan hər bir şəraitdən yararlanırlar. Daha sonra əlamətdar günün tarixininə nəzər salıb. Vurğulayıb ki, Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il həm də Azərbaycanda “Uşaq ili” elan edilib.

Sonra fidanların hazırladığı 40-a yaxın nömrələr – rəqs, söylədikləri şer parçaları sakinlər tərəfindən sevinc və alqışlarla qarşılanıb. Uşaqların müxtəlif geyimlərdə nümayiş etdirdiyi nağıl qəhrəmanlarının səhnəcikləri maraqla izlənib. Tədbir şən rəqslərin ahəngi ilə yekunlaşıb.

Park ziyarətçiləri attraksionlardan istifadə edib, restoranlarda hazırlanan müxtəlif təamlardan dadıb, yaşıllıqla, gül-çiçəklərlə bəzənmiş ərazidən zövq alaraq istirahət ediblər.

Qeyd edək ki, şəhərimizdə yeni salınmış park-bulvar kompleksində və eləcə də digər parklarında körpələrin kütləviliyi müşahidə olunub, fidanlar ’1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü’ münasibəti ilə onlar üçün yaradılan şəraitdən yetərincə bəhrələniblər.