Yeni Azərbaycan Partiyası Gədəbəy rayon Təşkilatının X konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfrans açıq elan edilib, Respublika Himni səsləndirilib.

Konfransda YAP Siyasi Şurasının və Milli Məclisin deputatı Mirkazım Kazımov, YAP Mərkəzi Aparatın məsul işçisi Rəfael Gülməmmədov YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev və YAP fəalları iştirak ediblər.

YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyevin hesabat məruzəsi dinlənilib.

Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyduğunu vurğulayan Rüstəm  Nağıyev Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildiyini diqqətə çatdırıb.

Konfransda təşkilati məsələlərə baxılıb. Rüstəm Nağıyev yenidən YAP Gədəbəy rayon Təşkilatının sədri, həmçinin 31 nəfərdən ibarət şura və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvü, 3 nəfərdən ibarət konfrans katibliyi, 5 nəfərdən ibarət redaksiya heyəti seçilib.

Sonda yeni seçilmiş şura üzvləri ilə qonaqlar xatirə şəkli çəkdiriblər.