“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 14 gün qalır. Oyunlarda Azərbaycan yığması 335 idmançı ilə təmsil olunacaq.
Mayın 12-22-də keçiriləcək yarışda komandamız bütün yarış növlərində mübarizə aparacaq.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları mayın 8-də futbol yarışı ilə start götürəcək.