Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “İdeya qazandı” biznes və ya ideyasına qarşılıqsız maliyyə yatırımı almaq istəyən gənclər üçün əla imkan yaradılıb.  2013-cü ildən ATV telekanalında yayımlanan “İdeya Qazandı” işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirərək, 16-35 yaş arası cəsarətli gəncləri investorlara təqdim edir.

Verilişdə gənclər öz ideya və ya layihələrini investorlara təqdim edib ideyanın faydalı və gəlirli olmasına inandıra bilsələr, qarşılıqsız maliyyə yatırımı əldə edirlər. Layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır.Verilişdə böyük şirkətlərin nümayəndələri və sahibkarlar biznes qurmaq istəyən istedadlı gənclərin ideyalarını dinləyir və potensial layihəyə təmənnasız maddi vəsait ayırırlar. Verilişinin hər mövsümündə 10-a yaxın gənc  investisiya imkanı əldə edib.

Efir vasitəsi ilə gerçəkləşən layihə ölkənin müxtəlif bölgələrindən olan insanların biznes planını da dəstəkləyir, region gənclərinin kiçik və orta sahibkarlıq fəaliyyətinin reallaşmasına şərait yaradır.

Verilişin növbəti mövsümünə ərizə qəbulu davam edir. Ərizə qəbulu cari ilin martın sonunadək davam edəcək. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq üçün “İdeya Qazandı” işgüzar tele-müsabiqəsinin rəsmi facebook səhifəsindən və ya veb saytdan istifadə edə bilərlər. Layihəyə müraciət etmək üçün səhifədə ərizə formasını doldurub və göndərmək kifayətdir. Müsbət qiymətləndirilmiş ərizələr müsahibədə iştirak etdikdən sonra çəkilişlərə dəvət olunacaqdır.

“İdeya Qazandı” verilişi hazırda ATV televiziya kanalında hər çərşənbə günü saat 23:30-da, təkrarı bazar günü gecə yarısı yayımlanır.

Əlavə məlumat üçün

https://www.youtube.com/user/ideyaqazandi

ideyaqazandı@gmail.com

www.ideyaqazandi.az

050 216 81 83