Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Anam mənim, dünyam mənim” adlı şeir saatı keçirilib.
Tədbiri giriş sözü ilə kitabxanaçı Nərmin Həsənova açaraq, 8 Mart Beynəlxalq Qadınlar Gününün inqilabçı Klara Setkinin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, 1977-ci ildə BMT həmin gününü “Beynəlxalq Qadınlar Günü” kimi elan edib və bu bayram sevgi, diqqət bayramı kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu bayram təntənəli şəkildə qeyd olunur.
Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Azərbaycan qadınları cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib.
Balaca oxucular C.Cabbarlının, B.Vahabzadənin, X.R.Ulutürkün, M. Müşfiqin ana haqqında yazdığı şeirlərini söyləyib, bayram münasibəti ilə ölkə qadınlarını təbrik ediblər.