Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Gəncə 2016 Avropa Gənclər Paytaxtı GDU tələbələrinin I Könüllülük Qış Məktəbi” layihəsinin iştirakçıları öz təəssüratlarını yenigence.com-la bölüşüblər.
Gənclər Gəncə şəhər İcra Hakimiyyətinə, Gənclər və İdman Baş İdarəsininə, Gəncə Dövlət Universitetinin rəhbərliyinə, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədova öz minnətdarlıqlarını bildiriblər. Bu layihədə iştirak etdiklərinə şad olduqlarını bildirən tələbələr Toğrul Ələkbərovun və Tamerlan İsmayılovun təlimlərindən əldə etdikləri biliklərdən faydalanaraq, 2016-cı il ərzində Gəncəni Avropa Gənclər Paytaxtı olaraq layiqincə təmsil edəcəklərinə söz veriblər.
Cəmilə KƏRİM