Azərbaycanda qarşıdan gələn Prezident seçkiləri ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra ilk seçki olacaq. Məhz bu baxımdan Azərbaycan xalqı üçün seçkilər böyük əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza deyib.
Beynəlxalq ekspert qeyd edib ki, 2024-cü ilin noyabr ayında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini də nəzərə alanda, seçkilərin əhəmiyyəti daha da artır.
Metyu Brayza əmin olduğunu bildirib ki, seçkilərdə aktiv iştirak edəcək Azərbaycan xalqı seçkilər bitdikdən sonra yenə də bütün diqqətini və səylərini ölkənin işğaldan azad edilmiş ərazilərdə bərpa və və quruculuq işlərinə, məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsinə yönəldəcək.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək.