Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva mayın 21-də dövlət başçılarının xanımları ilə birlikdə Şanxayın “Yuy Yuan” parkında olub.
Birinci xanımlar parkda Çin rəssamlarının əsərlərinə baxıblar.
Sonra bədii proqramı izləyən qonaqlara qədim Çin musiqisini və incəsənətini əks etdirən səhnələr təqdim olunub.
Mənbə: mehriban-aliyeva.org