Vətən müharibəsinin ilk günlərindən itkin düşən, dünən isə şəhid xəbəri gələn İbrahimov Muradın nəşi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib. Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
27 yaşlı Murad İbrahimov Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, M.İbrahimovun adı Müdafiə Nazirliyinin yaydığı Vətən müharibəsində itkin düşən hərbçilərimizin siyahısında olub.
Onun Vətənə əmanət 1 yaşlı oğlu qalıb.