Zəminə Novruzova,
Azərbaycan Texnologiya Universitinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
“Azərbaycanın gələcəyi gənclərin əlindədir” – deyən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə bu dövlətə sahib dura biləcək sağlam ruhlu, geniş dünyagörüşlü gənc nəslin yetişməsi üçün əsaslı addımlar atmışdır. Ümummilli Lider gənclərin sahib olduğu imkan və bacarıqları həmişə yüksək dəyərləndirmiş, gənclərlə bağlı məsələləri daim öz dövlətçilik siyasətinin əsas hissəsində görmüşdür. Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra 26 iyul 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi ilə bağlı verdiyi qərarlar bu istiqamətdə atılan ilk və önəmli addımlar idi. Bundan sonra 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gəncləri qəbul edən Ulu Öndər “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı.Məhz Heydər Əliyevin bu qərarından sonra gənclərin işləri üzrə nazirlərin 8-12 avqust 1998-ci il ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqustBeynəlxalq Gənclər günü təsis edildi. 2 fevral Gənclər günü Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gənclərinə ən böyük hədiyyəsidir.
Baxmayaraq ki, Azərbaycan gəncləri tarixin bütün dövrlərində fədakar, vətənpərvər, dövlətinə, xalqına bağlı sağlam düşüncəli, torpaq, vətən yolunda döyüşə, ölümə belə hazır olmuşlar, sadəcə müəyyən dönəmlərdə onların bu potensialı düzgün yönləndirilməmiş, güclərindən istifadə edilməmişdir. Amma, hər zaman Azərbaycan gənci istər təhsildə, istər elmdə, istər beynəlxalq idman arenalarında, istərsə də döyüş meydanlarında öz sözünü deməyi bacarmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayan Qurtuluş missiyası isə Azərbaycan gəncliyinin taleyində daha böyük dönüş yaratdı.
Gənclərlə bağlı həyata keçirilən bütün dövlət proqramlarının əsas məqsədi fiziki, psixoloji, mənəvi cəhətdən sağlam ruhlu gənc nəslin yetişdirilməsi, ölkənin gələcəyinin etibarlı əllərdə olmasının təmin edilməsindən ibarət olmuşdur. Bu məqsədlə də “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Gənc ailə”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlarvə bu qəbildən həyata keçirilən digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi rifahının yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Bu gün biz cəsarətlə deyə bilərik ki, inkişaf etmiş ölkələr sırasında kifayət qədər gücə və nüfuza malik olan ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilir və bu da bizim müstəqillik dönəmində böyük inkişaf yolu qət etməyimizin göstəricisidir.
Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti, Ulu Öndərin gənclərə etimadıölkə gəncliyinin inkişafında dərin izlər buraxıb, öz layiqli sözünü deyib və bu gün də deməkdədir.Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, milli və dövlətçilik maraqlarının hər zaman ön planda olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycan gənci əsası Ümummilli Lider tərəfindən qoyulan siyasətin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin ətrafında elə bir birlik nümayiş etdirdi ki, II Qarabağ müharibəsində dünya hərb tarixində misli görünməmiş qəhrəmanlıqlaraimza atdı. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi həm xalqımız, həm də Azərbaycan gənci üçün həlledici sınaq idi. Müstəqilliyiə qədəm qoyduğumuz ilk günlərdən etibarən vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimizin döyüş meydanında göstərdiyi rəşadət bizi 30 ildən bəri həsrət qaldığımız əbədi və əzəli torpaqlarımıza qovuşdurdu,Azərbaycanın tarixinə qızıl hərflərlə Zəfər Gününu yazdı. Bununla həm tarixi ədalətin bərpa edilməsində öz sözünü dedi, həm də erməni qəsbkarlarının nə qədər alçaq və mənfur xislətə malik olduğunu bir daha bütün dünyaya sübut etmiş oldu. Dünya Azərbaycan gəncinin simasında yeri gələndə həm cəsur döyüşçü, həm incə ruhlu musiqiçi, həm mənəvi dəyərlərini yaşadan gənc, həm də düşmən də olsa körpəyə qıymayan, əksinə ona qayğı göstərməyi bacaran sözün əsl mənasında insan gördü.
Bu gün Azərbaycan gənci ölkəmizin daxili və xarici siyasətində mühüm addımlar atır, ölkəmizin inkişafı üçün var gücü ilə çalışır, parlaq gələcəyin təminatçısı olduğunu öz əməli ilə göstərir,Ümummilli Liderin “hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözlərini heç vaxt unutmadığını sübut edir.