Yeni Gəncə
  • Azərbaycan
    • Azərbaycan

      Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

      23/02/201923/02/2019

      Azərbaycan

      İsraildə Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib

      23/02/2019

      Azərbaycan

      Tehranda bayrağımızın müdafiəsinə galxan Zəhra Salmanlı

      23/02/2019

      Azərbaycan

      Xocalı soyqırımının ildönümü İstanbulda qeyd edilib VİDEO

      23/02/201923/02/2019

      Azərbaycan

      Birinci vitse-prezident Böyük Britaniyanın ticarət elçisi ilə görüşüb

      22/02/2019

  • Gəncə
    • Gəncə

      YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi…

      23/02/201923/02/2019

      Gəncə

      Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər tezliklə ədalət mühakiməsində…

      23/02/201923/02/2019

      Gəncə

      Naqif Həmzəyev: Azərbaycan-Türkiyə yeni qardaşlıq modelini dünyaya təqdim…

      23/02/201923/02/2019

      Gəncə

      Niyazi Bayramov Sivas Bələdiyyəsinin nümayəndələrini qəbul edib FOTO

      23/02/2019

      Gəncə

      Xaricdən gətirilən dekorativ ağac növləri Gəncənin küçə və…

      23/02/2019

  • YAP
    • YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb

      21/02/201921/02/2019

      YAP Xəbərləri

      YAP-ın qərargahında türkiyəli parlamentarilərlə görüş keçirilib – Foto

      19/02/201920/02/2019

      YAP Xəbərləri

      YAP Gənclər Birliyinin nümayəndəsi Moskva Qurultayında

      15/02/2019

      YAP Xəbərləri

      YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

      13/02/201913/02/2019

      YAP Xəbərləri

      Əli Əhmədov: “Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd…

      08/02/2019

  • Siyasət
    • Siyasət

      Naqif Həmzəyev: Ermənistanın inkişafı Qarabağ probleminin ədalətli həllinə…

      23/02/201923/02/2019

      Siyasət

      Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

      22/02/201922/02/2019

      Siyasət

      İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi

      19/02/201919/02/2019

      Siyasət

      Üç deputat yeni komitəyə qəbul olundu

      19/02/201919/02/2019

      Siyasət

      Soçidə Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya üzrə…

      14/02/201914/02/2019

  • Sosial
    • Sosial

      Duzun duz yeri, şəkərin öz yeri…

      22/02/2019

      Sosial

      “Ümid” brilliantının lənəti – FOTO

      22/02/2019

      Sosial

      Kolleclərə tələbə qəbulu elan edilib

      22/02/2019

      Sosial

      Matr ayında 10 gün qeyri – iş günü…

      20/02/2019

      Sosial

      Yumurta qabığının inanılmaz FAYDALARI

      20/02/2019

  • İqtisadiyyat
    • İqtisadiyyat

      19 fevral hərracı: Gəncədə dövlət əmlakı özəlləşdirildi

      20/02/2019

      İqtisadiyyat

      Əmlak Xidmətləri Məkanı regionları da əhatə edəcək

      12/02/2019

      İqtisadiyyat

      Azərbaycanda daha bir pullu yol çəkilir – 2021-ci…

      12/02/2019

      İqtisadiyyat

      Aqrar sahədə innovativ informasiyanın inkişaf istiqamətləri araşdırılıb

      08/02/2019

      İqtisadiyyat

      Yeni binada mənzil alanlar- çıxarışın mövcudluğunu onlayn öyrənin

      08/02/2019

  • Mədəniyyət
    • Mədəniyyət

      Heydər Əliyev Mərkəzində nadir əsərlərindən ibarət sərgi açılıb

      18/02/2019

      Mədəniyyət

      Leyla Əliyeva “Zima-2019” beynəlxalq uşaq festivalında iştirak edib

      18/02/2019

      Mədəniyyət

      Yoxluğunda belə var olan insan – Sabir Hacıyev

      16/02/201916/02/2019

      Mədəniyyət

      AMEA Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Tədbirlər…

      06/02/201906/02/2019

      Mədəniyyət

      İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

      04/02/201904/02/2019

  • İdman
    • İdman

      Avropa Gənclərinin Yay Olimpiya Festivalı talismanlarının təqdimatı olub

      21/02/2019

      İdman

      UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilir

      12/02/2019

      İdman

      Şahmat üzrə Qran-Pri turnirinin vaxtı və keçiriləcəyi şəhərlərin…

      08/02/2019

      İdman

      Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu olub

      08/02/2019

      İdman

      “Formula 1” daha 3 il Azərbaycanda keçiriləcək

      05/02/2019

  • Müsahibə
    • Müsahibə

      Dəyişikliklər həmişə müsbətə doğrudur- Naqif Həmzəyev – Video

      19/02/201919/02/2019

      Müsahibə

      İşə piyada gedib-gələn azərbaycanlı deputat – MÜSAHİBƏ

      11/02/201911/02/2019

      Müsahibə

      Gənc müəllim Nərmin Mehdiyevanın həyata baxışı-MÜSAHİBƏ

      26/01/2019

      Müsahibə

      Yüksəl Məmmədov: Gənclər siyasəti Gəncədə uğurla həyata keçirilir

      21/01/201921/01/2019

      Müsahibə

      Pərvin Kərimzadə: Ötən dövr ərzində Azərbaycan mühüm nailiyyətlər…

      20/12/201820/12/2018

Yeni Gəncə

  • Azərbaycan
    • Azərbaycan

      Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

      23/02/201923/02/2019

      Azərbaycan

      İsraildə Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib

      23/02/2019

      Azərbaycan

      Tehranda bayrağımızın müdafiəsinə galxan Zəhra Salmanlı

      23/02/2019

      Azərbaycan

      Xocalı soyqırımının ildönümü İstanbulda qeyd edilib VİDEO

      23/02/201923/02/2019

      Azərbaycan

      Birinci vitse-prezident Böyük Britaniyanın ticarət elçisi ilə görüşüb

      22/02/2019

  • Gəncə
    • Gəncə

      YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi…

      23/02/201923/02/2019

      Gəncə

      Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər tezliklə ədalət mühakiməsində…

      23/02/201923/02/2019

      Gəncə

      Naqif Həmzəyev: Azərbaycan-Türkiyə yeni qardaşlıq modelini dünyaya təqdim…

      23/02/201923/02/2019

      Gəncə

      Niyazi Bayramov Sivas Bələdiyyəsinin nümayəndələrini qəbul edib FOTO

      23/02/2019

      Gəncə

      Xaricdən gətirilən dekorativ ağac növləri Gəncənin küçə və…

      23/02/2019

  • YAP
    • YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb

      21/02/201921/02/2019

      YAP Xəbərləri

      YAP-ın qərargahında türkiyəli parlamentarilərlə görüş keçirilib – Foto

      19/02/201920/02/2019

      YAP Xəbərləri

      YAP Gənclər Birliyinin nümayəndəsi Moskva Qurultayında

      15/02/2019

      YAP Xəbərləri

      YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

      13/02/201913/02/2019

      YAP Xəbərləri

      Əli Əhmədov: “Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd…

      08/02/2019

  • Siyasət
    • Siyasət

      Naqif Həmzəyev: Ermənistanın inkişafı Qarabağ probleminin ədalətli həllinə…

      23/02/201923/02/2019

      Siyasət

      Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

      22/02/201922/02/2019

      Siyasət

      İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi

      19/02/201919/02/2019

      Siyasət

      Üç deputat yeni komitəyə qəbul olundu

      19/02/201919/02/2019

      Siyasət

      Soçidə Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya üzrə…

      14/02/201914/02/2019

  • Sosial
    • Sosial

      Duzun duz yeri, şəkərin öz yeri…

      22/02/2019

      Sosial

      “Ümid” brilliantının lənəti – FOTO

      22/02/2019

      Sosial

      Kolleclərə tələbə qəbulu elan edilib

      22/02/2019

      Sosial

      Matr ayında 10 gün qeyri – iş günü…

      20/02/2019

      Sosial

      Yumurta qabığının inanılmaz FAYDALARI

      20/02/2019

  • İqtisadiyyat
    • İqtisadiyyat

      19 fevral hərracı: Gəncədə dövlət əmlakı özəlləşdirildi

      20/02/2019

      İqtisadiyyat

      Əmlak Xidmətləri Məkanı regionları da əhatə edəcək

      12/02/2019

      İqtisadiyyat

      Azərbaycanda daha bir pullu yol çəkilir – 2021-ci…

      12/02/2019

      İqtisadiyyat

      Aqrar sahədə innovativ informasiyanın inkişaf istiqamətləri araşdırılıb

      08/02/2019

      İqtisadiyyat

      Yeni binada mənzil alanlar- çıxarışın mövcudluğunu onlayn öyrənin

      08/02/2019

  • Mədəniyyət
    • Mədəniyyət

      Heydər Əliyev Mərkəzində nadir əsərlərindən ibarət sərgi açılıb

      18/02/2019

      Mədəniyyət

      Leyla Əliyeva “Zima-2019” beynəlxalq uşaq festivalında iştirak edib

      18/02/2019

      Mədəniyyət

      Yoxluğunda belə var olan insan – Sabir Hacıyev

      16/02/201916/02/2019

      Mədəniyyət

      AMEA Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Tədbirlər…

      06/02/201906/02/2019

      Mədəniyyət

      İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

      04/02/201904/02/2019

  • İdman
    • İdman

      Avropa Gənclərinin Yay Olimpiya Festivalı talismanlarının təqdimatı olub

      21/02/2019

      İdman

      UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilir

      12/02/2019

      İdman

      Şahmat üzrə Qran-Pri turnirinin vaxtı və keçiriləcəyi şəhərlərin…

      08/02/2019

      İdman

      Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu olub

      08/02/2019

      İdman

      “Formula 1” daha 3 il Azərbaycanda keçiriləcək

      05/02/2019

  • Müsahibə
    • Müsahibə

      Dəyişikliklər həmişə müsbətə doğrudur- Naqif Həmzəyev – Video

      19/02/201919/02/2019

      Müsahibə

      İşə piyada gedib-gələn azərbaycanlı deputat – MÜSAHİBƏ

      11/02/201911/02/2019

      Müsahibə

      Gənc müəllim Nərmin Mehdiyevanın həyata baxışı-MÜSAHİBƏ

      26/01/2019

      Müsahibə

      Yüksəl Məmmədov: Gənclər siyasəti Gəncədə uğurla həyata keçirilir

      21/01/201921/01/2019

      Müsahibə

      Pərvin Kərimzadə: Ötən dövr ərzində Azərbaycan mühüm nailiyyətlər…

      20/12/201820/12/2018

MətbuatMüsahibə

143 yaşlı milli mətbuatımız böyük inkişaf yolu keçib

müəllif Hicran Məmmədova 19/07/201819/07/2018
müəllif Hicran Məmmədova 19/07/201819/07/2018
143 yaşlı milli mətbuatımız böyük inkişaf yolu keçib
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu

– Hikmət müəllim, bildiyimiz kimi, iyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 143 ili tamam olur. Ümumiyyətlə, milli mətbuatımızın yarandığı dövrün xarakteristikasını necətəsvir edə bilərsiniz?

– Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.
Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi.
Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Azərbaycanı işğal altında saxlayan qüvvələrin, əlbəttə ki, əsla marağında ola bilməzdi ki, ölkəmizdə milli mətbuat yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə ona görə məqbul deyildi ki, o dövrdə bütövlükdə əhalinin maddi vəziyyəti aşağı idi, qəzet çıxarmaq yeni bir peşə olduğundan o dövrün ən müasir texnika və texnologiyasını tələb edirdi və bu texnologiyalar olduqca baha idi. Həmçinin qəzetin maliyyələşməsinin heç bir əsası – nə ictimai stimullaşdırıcı vasitələr, nə ictimai dəstək, nə də digər maliyyə mənbələri yox idi. Bu şərtləri nəzərə alsaq, görəcəyik ki, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacarmışdı. Ona görə də, hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edəcəkdi.

– “Əkinçi”nin nəşr edilməsi yeni mətbuat orqanlarının meydana çıxmasına – fəaliyyətə başlamasına təkan verdi. O dövrdə cəmiyyətin maariflənməsində mətbuatın rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Əlbəttə ki, bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf etməyə başladı. XIX əsrin sonlarında keyfiyyətcə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı.

Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı. Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi qəzetlər, 1906-cı ildə isə “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o, təkcə Cənubi Qafqazda yaşayan azərbaycanlıların, türklərin deyil, digər müsəlmanların da mətbu tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maariflənirdilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövründə mətbuatımız fəaliyyətini davam etdirdi. Cümhuriyyətin süqutundan, bolşevik işğalından sonra isə mətbuatımız məcburən  sovet ideologiyasına xidmət etməyə başladı. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin, bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də elə sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı.

– Azərbaycan mətbuatının inkişafında Ümummilli liderimiz  Heydər Əliyevin xidmətləri  xüsusilə qeyd edilməlidir. Belə demək olarmı ki, Ulu öndərimiz mətbuatımızın milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu?

– Ümumiyyətlə, sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində Heydər Əliyev erası mühüm  bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili Ulu öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.
Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.
Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat belə mühüm tarixi  keçiddən sonra demokratiyanı və milli düşüncəni mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi.
1993-cü ilin əvvəllərində AXC-“Müsavat” hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu, mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.

– Hazırda Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdədir. Dövlətimiz milli mətbuatımızın inkişafına daim diqqət və qayğı göstərir…

– 2003-cü ildə cənab  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş – “KİV haqqında” qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən layiqincə qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “inqilabçı jurnalistika”, yaxud “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı.
Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.

– Hikmət müəllim, dövlətimiz tərəfindən jurnalistlərin sosial, mənzil-məişət problemlərinin həllinə böyük diqqət yetirilir. Bu barədə nə deyə bilərsiniz?

– Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görülür. 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. 2013-cü ildə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün 156 mənzilli bina, 2017-ci ildə isə 255 mənzilli bina istifadəyə verildi. Hazırda isə üçüncü yaşayış binasının tikintisi davam edir. Bütün bunlar jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsidir. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksək səviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olurlar.
Beləliklə, 143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

yap.org.az

0
FacebookTwitterGoogle +

Oxşar xəbərlər

Dəyişikliklər həmişə müsbətə doğrudur- Naqif Həmzəyev – Video

19/02/2019

Rufiz Qonaqov: Müasirləşən və yenilənən AzTV

13/02/2019

Prezident İlham Əliyev Real TV-yə müsahibə verib VİDEO

12/02/2019

GanjaNews.az saytının 6 yaşı tamam oldu

12/02/2019

İşə piyada gedib-gələn azərbaycanlı deputat – MÜSAHİBƏ

11/02/2019

Qərb bölgəsinin ilk radiosu Kəpəz FM 6 yaşını...

06/02/2019

Gənc müəllim Nərmin Mehdiyevanın həyata baxışı-MÜSAHİBƏ

26/01/2019

“İlham Əliyev. İnkişaf – məqsədimizdir”: 76-cı kitab çapdan...

24/01/2019

İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib...

22/01/2019

İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə...

22/01/2019

Sosial şəbəkə

Facebook Google + Instagram Youtube

Son xəbərlər

  • Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

    23/02/2019
  • YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

    23/02/2019
  • Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər tezliklə ədalət mühakiməsində cavab verəcəklər

    23/02/2019
  • İsraildə Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib

    23/02/2019
  • Naqif Həmzəyev: Azərbaycan-Türkiyə yeni qardaşlıq modelini dünyaya təqdim etdi

    23/02/2019

Haqqımızda

“Yeni Gəncə” qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. “Qaynar Xətt” – (+994) 22 2563237


Facebook Twitter Google + Instagram Pinterest Youtube Snapchat

Ən son yazılar

  • Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
  • YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
  • Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər tezliklə ədalət mühakiməsində cavab verəcəklər
  • İsraildə Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
  • Naqif Həmzəyev: Azərbaycan-Türkiyə yeni qardaşlıq modelini dünyaya təqdim etdi

Redaktorun seçimi

  • Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

    23/02/2019
  • YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

    23/02/2019
  • Pərvin Kərimzadə: Xocalı faciəsini törədənlər tezliklə ədalət mühakiməsində cavab verəcəklər

    23/02/2019
  • XƏBƏR LENTİ
  • Contact Information
  • Əlaqə
  • Gallery
  • Grid 2 Columns
  • Grid 3 Columns
  • Grid with Sidebar
  • Masonry 2 Columns
  • Masonry 3 Columns
  • Masonry with Sidebar
  • Page Full Width
  • Portfolio 2 Columns
  • Portfolio 3 Columns
  • Portfolio with Sidebar
  • Typography
  • Yeni Gəncə Qəzeti

Copyright YeniGence 2018