Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün təntənəli açılış mərasimi sentyabr ayının 16-da qədim Gəncə şəhərində keçiriləcək.Mərasimdə dövlət rəsmiləri, tanınmış sənətçilər və ölkədə fəaliyyət göstərən teatrların nümayəndələri iştirak edəcəklər.
“Artıq milli peşəkat teatr mövsümünün acılış mərasiminin Azərbaycanın bölgələrində həyata keçirilməsi ənənə halının alıb. Ötən ilin teatr mövsümü Şəkidə- I Şəki Beynəlxalq Teatr Festivalı tədbiri ilə açıldı. Bu il isə yeni mövsümün acılışı Gəncədə reallaşacaq. Kollektivimiz mərasim iştirakçılarına Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasını təqdim edəcək.”- Gəncə Dövlət Dram Teatrının rəhbəri Əli Qasımov bildirib.
Hicran Məmmədova