Gəncə şəhər Nizami Bələdiyyəsində II Vətən müharibəsi iştirakçıları, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi Qələbə qazandığı Vətən müharibəsi dövründə ön cəbhədə olduğu kimi arxa cəbhədə də fəallıqları ilə seçildilən gənclərlə, sahibkarlarla görüş keçirilib.
Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizlə xalqımızın qürur duyduğunu qeyd edən Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Bələdiyyə üzvlərinin də Vətən müharibəsində iştirak edərək şücaət, peşəkarlıq və vətənpərvərlik göstərdiklərini qeyd edib.
Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə görüş iştirakçılarını bir daha təbrik edib, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.
Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsindən danışıb, hər an Ali Baş Komandan İlham Əliyevin tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.
Sonda Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən Vətən müharibəsində fəaliyyətləri ilə fərqlənən tədbir iştirakçılarına Fəxri Fərman təqdim edilib.