Dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin apadığı uğurlu sosial siyasətə uyğun olaraq Gəncə şəhərində də bu istiqamətdə müvafiq işlər görülür. Şəhər İcra Hakimiyyəti Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıq ilə yanaşır. Bu işlərin davamı olaraq Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən 1 şəhid ailəsi və 5 Qarabağ əlilinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırıb.
Yeni torpaq sahəsi alan şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri dövlətin onların sosial müdafiəsinə göstərdiyi qayğıdan razı qaldıqlarını bildiriblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını dilə gətiriblər.